“Şamaxı” rumın legionerlə gücləndi
“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.
Komanda.az xəbər verir ki, sözügedən klub yarımmüdafiəçi Andrey Kostin Tırkovyanunu heyətinə qatıb.
Rumıniyalı futbolçu ilə il yarımlıq müqavilə imzalanıb.
27 yaşlı futbolçunun son klubu Kanada “Pasifik”i olub.
Əyalət təmsilçisi daha öncə Cəlal Hüseynov, Murad Vəliyev və Vüsal Məsimovu da heyətinə qatmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin