
“Şamaxı” “Pelikan”la qarşılaşacaq
“Şamaxı” növbəti mövsümün hazırlıqlarını davam etdirir.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi ikinci yoxlama oyuna çıxacaq.
“Şamaxı” “Pelikan”la üz-üzə gələcək.
Qarşılaşma iyulun 20-də keçiriləcək və matça 18:00-da start veriləcək. Qarşılaşma Şamaxı şəhər stadionunda keçiriləcək.
“Şamaxı” ilk yoxlama matçında “Kəpəz”i 2:1 hesabı ilə məğlub etmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin