“Şamaxı” niyə Bakıda məşq edir? – BƏYANAT

“Şamaxı” klubu məşqlərinə Bakıda davam etməsi ilə bağlı suallara aydınlıq gətirib.

Komanda.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin yaydığı bəyanatda bildirilib.

Klub son bir neçə həftədə Şamaxıda davam edən kəskin soyuq və qarlı hava şəraitii ilə əlaqədar əsas komandanın hazırlıqlarını paytaxtda davam etdirdiyini xatırladıb:

“Bu da Şamaxıdakı bazamızda həkim nəzarəti ilə həyata keçirilən qidalanma və tibbi prosedurların, həmçinin əhatəli və kompleks məşq proqramının tam icra olunmasına mane olur. Buna baxmayaraq, məşqçilər və inzibati heyətimiz mövsümün əvvəlində qarşıya qoyulan plan üzrə işlərini davam etdirir. Yaxın günlərdə komandamız hər bir şəraiti olan bazamıza qayıdaraq, əvvəlki qaydada hazırlıqlarına davam edəcək.

Həm rəhbərlik, həm də məşqçilər heyəti tək məqsəd üçün çalışır, komanda daxilində gözəl ailə ab-havası və yüksək əhval-ruhiyyə var. Bu əzmlə davam edən çalışmaların ardından nəticələrin daha da yaxşı olacağına əminik”.

“Şamaxı” fevralın 17-də 23-cü turda Gəncədə “Kəpəz”in qonağı olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button