“Şamaxı” Namibiya millisinin üzvünü transfer edib
“Şamaxı” transfer çalışmalarını davam etdirir.
Bölgə təmsilçisindən Komanda.az-a verilən məlumata görə, klub futbolçu Lubeni Haukonqonu heyətinə qatıb. Namibiya millisinin üzvü olan mərkəz müdafiəçisi ilə bir illik müqavilə imzalanıb.
Lubeninin son klubu Cənubi Afrika Respublikasının “Cape Tovn Spurs” klubu olub.
24 yaşlı futbolçu 2021-ci ildən Namibiya millisinə dəvət alır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin