“Şamaxı” milli komandanın üzvü ilə müqavilə bağladı

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Komanda.az xəbər verir ki, bölgə təmsilçisi sol cinah müdafiəçisi, U-21 yığmamızın üzvü, 19 yaşlı Rüfət Abbasovu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Arxa xətt oyunçusu ilə iki illik müqavilə imzalanıb.

Rüfət Abbasov son mövsümü “Neftçi”nin əvəzedici komandasının heyətində keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button