“Şamaxı” Lökbatan Olimpiya İdman Kompleksinin stadionuna dəymiş zərəri ödəyəcək

“Şamaxı” klubu Lökbatan Olimpiya İdman Kompleksinin stadionuna dəymiş zərəri ödəyəcək

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Ötən gün 1-ci Liqanın 26-cı turunda “Qaradağ Lökbatan” kevdə “Şamaxı”nın eyniadlı təmsilçisi ilə qarşılaşıb. Oyun zamanı qonaq azarkeşlər tərəfindən stadionda 3 oturacağın sındırılması, həmçinin futbolçuların paltardəyişmə otağında 1 qapının yararsız hala salınması ilə bağlı stadiona dəymiş zərərin “Şamaxı” klubu tərəfindən ödənilməsinə qərar verilib.

Bununla yanaşı, oyunda azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyi üçün “Şamaxı” klubu 150 manat cərimələnib. Bölgə təmsilçisi həmçinin 4 futbolçusunun sarı vərəqə ilə cəzalandırılmasına görə 70 manat ziyana düşüb.

İntizam Komitəsi “Qaradağ Lökbatan”ı da cəzalandırıb. Belə ki, oyun bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə klub 80 manat cərimələnib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button