
“Şamaxı” “Kəpəz”lə qarşılaşacaq
Yeni mövsümün hazırlıqlarına iyunun 5-də başlayacaq “Şamaxı”nın yoxlama görüşündə qarşılaşacağı rəqiblərindən biri məlum olub.
Komanda.az xəbər verir ki, bölgə təmilçisi üçüncü yoxlama oyununda “Kəpəz”lə qarşılaşacaq.
Qarşılaşma iyulun 26-sı Qəbələ şəhər stadionunda keçiriləcək.
Ayxan Abbasovun rəhbərlik etdiyi komanda iyulun 14-də “Qəbələ”, bir həftə sonra isə “Karvan”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



