“Şamaxı” braziliyalı futbolçu ilə müqavilə bağlayıb

“Şamaxı” klubu heyətini braziliyalı futbolçu ilə gücləndirib.

Komanda.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumçu Mixael Tike Dias Santosla müqavilə imzalanıb.

Forvardla müqavilənin müddəti il yarımdır (6 ay+1 il).

31 yaşlı futbolçunun son iş yeri Litva təmsilçisi “Heqelmann” olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button