“Şamaxı” baş məşqçisiz qaldı
Azərbaycan 1-ci liqası təmsilçisi “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli istefa verib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, bu gün 9-cu turda “Karvan”a məğlubiyyətindən sonra klub rəhbərliyi ilə görüşüb və ilk dövrədən sonra qazanılan nəticəni qənaətbəxş saymadığına görə komandadan ayrılmaq istədiyini bildirib.
Müzakirədən sonra klub rəhbərliyi baş məşqçinin istefasını qəbul edib.
Əsgərli iyul ayından “Şamaxı”nı çalışdırırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin