“Şalke”yə qol vurdu, tarixə düşdü
“Mançester Siti” Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Şalke”ni 7:0 hesabıyla məğlub edib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu qarşılaşmada bir qolun müəllifi olan Filip Foden, “Mançester Siti”nin tarixinə düşüb.
Belə ki, oyunun 78-ci dəqiqəsində “Şalke”nin qapısına yol tapan 18 yaşlı futbolçu, “Mançester Siti”nin heyətində Çempionlar Liqasında fərqlənən ən gənc futbolçu ünvanını qazanıb. Foden həm də, ÇL-də fərqlənən ən gənc ingilis oyunçu olub.
İlk oyunda səfərdə “Şalke”ni 3:2, cavab matçında isə 7 cavabsız qolla məğlub edən “Mançester Siti”, ÇL-də 1/4 final mərhələsinə yüksəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin