“Şalke”nin yeni baş məşqçisi bəlli oldu
Almaniyanın “Şalke” komandasının yeni baş məşqçisi məlum olub.
Komanda.az xəbər verir ki, 2-ci Bundesliqa təmsilçisinin “sükanı arxası”na Mixael Byuskens gətirilib.
54 yaşlı almaniyalı mütəxəssislə müqavilə cari mövsümün sonuna qədər nəzərdə tutulub.
Xatırladaq ki, “Şalke”nin U-23 komandasında Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin