“Şalke”nin futbolçusunda koronavirus aşkarlandı
Almaniyanın “Şalke” klubunun bir futbolçusu koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Həmin şəxsin adı açıqlanmayıb. Oyunçu hazırda öz evində karantindədir.
Qeyd edək ki, “Şalke” Bundesliqanın 2-ci turunda “Verder”i qəbul edəcək. Görüş sentyabrın 26-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin