Almaniya klubu “sükan”ı Raula tapşırmaq istəyir

İspaniya yığmasının və “Real”ın sabiq futbolçusu Raul Qonsales Almaniyada işləyə bilər.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, ispan mütəxəssisin xidmətində “Şalke” maraqlıdır.

47 yaşlı çalışdırıcı bu vəzifəyə əsas namizəd hesab olunur. Raul hazırda “Real”ın ikinci komandası olan “Kastilya”ya rəhbərlik edir. Bir neçə gün əvvəl “Şalke” mövsümün əvvəlindəki uğursuz nəticələrə görə baş məşqçisini istefaya göndərib.

“Şalke” Almaniya çempionatının 6 turundan sonra 4 xal toplayıb və turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button