“Sevilya” türk futbolçu üçün 10 milyon avro təklif etdi

“Şalke”dən ayrılacağı gözlənilən müdafiəçi Ozan Kabak karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 21 yaşlı futbolçu ilə “Sevilya” klubu yaxından maraqlanır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

“Sevilya”nın idman direktoru Ramon Monçi Ozanın keçidi üçün “Şalke” ilə danışıqlara başlayıb. La Liqa klubu türk müdafiəçi üçün ilkin olaraq 10 milyon avro təklif edib.

“Şalke” Ozanı azı 15 milyon avroya satmaq istəyir. Tərəflər arasında danışıqlar davam edir.

Son mövsümü icarə əsasında “Liverpul”da keçirən futbolçu ilə Almaniyanın “Bayer” klubu da maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button