“Şalke” yenidən Bundesliqada
Almaniyanın ikinci Bundesliqasında mövsümün çempionu müəyyənləşib.
Komanda.az xəbər verir ki, yarışın qalibi “Şalke” olub.
Sözügedən komanda buna 33-cü turda “Sankt Pauli”yə qalib gəlməklə (3:2) imza atıb. “Şalke” bununla da sona 1 tur qalmış xallarının sayını 62-yə çatdırıb və ən yaxın izləyicisi “Hamburq”u 5 xal qabaqlayıb.
Helzenkirxen təmsilçisi çempionluqla yanaşı, növbəti mövsüm üçün əsas Bundesliqaya vəsiqə də qazanıb.
Xatırladaq ki, “Şalke” ötən mövsüm Bundesliqadan aşağı liqaya yuvarlanmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin