“Şalke” yeni baş məşqçisini açıqladı – rəsmi

Almaniyanın “Şalke” klubunun yeni baş məşqçisi məlum olub.

Komanda.az Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Helzenkirhen komandasını Tomas Rays çalışdıracaq. 49 yaşlı mütəxəssis bu gün komandanı ilk məşqə çıxaracaq.

Raysın müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

“Şalke” ötən həftə Frank Krameri istefaya göndərib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button