“Şalke” türk futbolçusunu Niderland klubuna göndərdi
Almaniyanın “Şalke” klubu hücumçusu Ahmet Kutucunu icarəyə verib.
Komanda.az xəbər verir ki, Bundesliqa klubu Türkiyə millisinin də üzvü olan futbolçunu Niderland təmsilçisi “Herakles”ə icarəyə göndərib.
Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı hücumçu mövsümün sonuna qədər Niderland klubunun uğurları üçün çalışacaq.
Ahmet Kutucunun “Şalke” ilə müqaviləsi 2022-ci ilin iyununa qədərdir. O, bu mövsüm Bundesliqa klubunun heyətində 10 oyuna cəmi 1 qolla yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin