“Şalke” imtina edir, “Fənərbaxça” istəyir
Transfer çalışmalarını davam etdirən “Fənərbaxça” klubu istədiyi futbolçunu Almaniyada tapıb.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu “Şalke”nin 29 yaşlı vingeri Yevgeni Konoplyankanı transfer etmək istəyir. İntizamsızlığı səbəbiylə Almaniya klubunun transfer siyahısına daxil etdiyi futbolçu üçün tərəflər arasında danışıqların başladığı bildirilir.
“Fənərbaxça” ukraynalı futbolçunu icarə əsasında heyətinə qatmaq istəyir.
Bu mövsüm “Şalke”də start heyətinə düşməkdə çətinlik çəkən Konoplyanka, iştirak etdiyi 8 oyunda qol hesabını aça bilməyib.
Ukrayna millisinin də üzvü olan futbolçu, əvvəllər “Sevilya”, “Dnepr” kimi klublarda forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin