“Şalke” Dadaşovun yoxluğunda xal itirdi
Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 25-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Rodinqhauzen”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Rüfət bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Şalke 2” bu nəticədən sonra 31 xalla 20 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin