“Şalke” baş məşqçisini qovdu

“Şalke” klubu baş məşqçisi Tomas Raysla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.

Komandanın uğursuz çıxışlarına görə almaniyalı məşqçi vəzifəsindən göndərilib.

Bu mövsüm 2-ci Bundesliqada çıxış edən “Şalke” 7 oyunda cəmi 7 xal yığıb və 16-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button