“Şalke” baş məşqçini qovdu
Almaniyanın “Şalke” klubu baş məşqçisi Dimitrios Qrammozislə yollarını ayırıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 44 yaşlı yunanıstanlı mütəxəssislə birlikdə onun köməkçiləri Sven Pipenbrok və Uil Kurt da istefaya göndərilib.
Klubun idman direktoru Ruven Şreder açıqlama verərək bildirib ki, Bundesliqaya çıxmaq şansları davam etdiyindən, məşqçilər heyətində yeni nəfəsə ehtiyac var.
Qrammozisin “Şalke” ilə bu ilin yayınadək müqaviləsi var idi.
“Şalke” 2-ci Bundesliqada 25 turdan sonra 41 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov “Şalke”nin U-23 komandasında forma geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin