“Şalke” 0:7-ni Tedeskoya bağışlamadı
Almaniyanın “Şalke” klubu baş məşqçisi Domeniko Tedesko ilə yolları ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
İstefaya sözügedən komandanın UEFA Çempionlar Liqasının 1/8 finalında “Mançester Siti”yə 0:7 hesabı ilə uduzması səbəb olub. İlk oyunda da məğlub olan Almaniya təmsilçisi mübarizəni dayandırıb.
33 yaşlı mütəxəssisi müvəqqəti olaraq Huub Stevensin əvəz edəcəyi açıqlanıb.
Qeyd edək ki, “Şalke” Bundesliqada 23 xalla 14-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin