Salibanın “Arsenal”dan istəyi
“Arsenal”ın müdafiəçisi Vilyam Saliba klubla cari müqaviləsinin uzadılmasını istəyir.
Komanda.az “Evening Standard”-a istinadən xəbər verir ki, o, bu istiqamətdə danışıqların aparıldığını təsdiqləyib:
“Komandadan çox razıyam. Rəhbərlik müqaviləmin uzadılması barədə mənimlə və agentimlə danışıqlar aparır. Hazırda edə biləcəyim yeganə şey bütün diqqətimi qarşıdakı matçlara yönəltməkdir. Mən hər şeydən razıyam”.
Vilyam Saliba bu mövsüm “Arsenal”ın heyətində 21 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. 21 yaşlı fransalının London təmsilçisi ilə hazırkı müqaviləsi 2024-cü ilin iyun ayının sonuna kimi qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin