
“Real”ın “radar”ında olan müdafiəçidən açıqlama
“Arsenal”ın mərkəz müdafiəçisi Vilyam Saliba “Real”ın maraq dairəsində olmasından danışıb.
Komanda.az “Telefoot”-a istinadən xəbər verir ki, o, bunu deyib:
“Əlbəttə ki, belə bir klubun maraq dairəsində olmaq çox cəlbedicidir. Amma mən hansısa yeni təcrübə barədə düşünməzdən əvvəl “Arsenal”la kubok qazanmaq istərdim”.
Fransalı futbolçu Madrid klubunun 2025-cı ildə əsas transfer hədəflərindən biri olub. Lakin daha sonra müdafiəçi sentyabrın sonunda “Arsenal”la müqaviləsinin müddətini 2030-cu ilə qədər uzadıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



