Salahla Henderson tarixi qələbədən 9 ay sonra eyni gündə ata oldu

“Liverpul” klubunun futbolçuları uzun fasilədən sonra istirahət üçün iki həftəlik müddət qazanıblar. Lakin bu müddət ərzində komandanın heç də bütün üzvləri istirahət edə bilməyəcək.

Komanda.az xəbər verir ki, komandanın aparıcı simalarından Məhəmməd Salahla Cordan Hendersonun ailəsində yenilik olub. Belə ki, Salahın qızı, Hendersonun isə oğlu dünyaya gəlib.

Maraqlıdı ki, hər iki uşaq 2019-cu ilin ən böyük hadisələrindən birindən – “Liverpul”un “Barselona”ya 0:3 hesabı ilə uduzduqları qarşılaşmanın revanşından (cavab matçında ingilislər 4:0 hesablı qələbə qazanmışdı), Çempionlar Liqasının finalına çıxmasından 9 ay 1 gün sonra dünyaya gəlib. Mayın 7-də baş tutan həmin görüşdə Henderson 90 dəqiqə oynamış və ilk qolun müəllifi Divok Oriqiyə məhsuldar ötürmə vermişdi.

Salah isə ondan öncə “Nyukasl”a qarşı keçirdikləri oyunda zədə aldığı üçün “Barselona” ilə görüşdə forma geyinməmişdi. Buna baxmayaraq, Salah komandasını tribunadan dəstəkləmişdi.

Onu da qeyd edək ki, Henderson üçüncü dəfə ata olur. Salahın isə ikinci övladı dünyaya gəlir. Hər iki futbolçunun ailəsində eyni gündə yeni övladın dünyaya gəlməsi, xüsusilə “Barselona” üzərindəki qələbədən 9 ay sonra təsadüf etməsi isə sosial şəbəkələrdə ciddi zarafatlara səbəb olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button