Salahın vəziyyəti məlum olub

“Liverpul”un vingeri Məhəmməd Salah klubun bazasına qayıdacaq.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Misir millisinin heyətində bud nahiyəsindən zədələnən hücumçunun klubda reabilitasiya prosesi keçəcəyi bildirilib: 

“Məhəmməd Salah çərşənbə günü “Liverpul”a qayıdacaq və klubun tibb şöbəsi ilə intensiv reabilitasiya proqramına başlayacaq. Hücumçunun Misir millisinin matçında aldığı zədə ilkin olaraq gözlənildiyindən də ciddidir. “Liverpul” klubu Salahın İngiltərədə sağalması ilə bağlı Misir Futbol Assosiasiyası ilə razılığa gəlib. Kluba qayıtdıqdan sonra Məhəmməd ən qısa zamanda meydana çıxmaq, “Liverpul”a və ölkəsinə görə oynamaq üçün dərhal reabilitasiya proqramına başlayacaq”.

Salah Afrika Millətlər Kubokunun qrup mərhələsinin 2-ci turunun Qana ilə oyununda (2:2) zədələnib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button