“Salahın “Liverpul”u tərk etməsi üçün heç bir səbəb görmürəm”

“Liverpul”un sabiq futbolçusu Yan Raş misirli hücumçu Məhəmməd Salahın karyerası haqda danışıb.

Komanda.az “Liverpool Echo”-ya istinadən xəbər verir ki, uelsli keçmiş forvard, Salahın komandanı tərk etməsi üçün heç bir səbəb görmədiyini bildirib:

“Salahın yeni müqavilə imzalamasını istərdim. Gələcəyin necə olacağını hələ bilmirik, amma əminəm ki, komandanın hər bir azarkeşi bunu istəyir. Salah əsas komandanın sabit oyunçusudur, ona görə də, “Liverpul”u tərk etməsi üçün heç bir səbəb görmürəm”.

32 yaşlı Salah 2017-ci ildən “qırmızılar”ın rənglərini qoruyur. Onun “Liverpul”la hazırkı müqaviləsi gələn ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button