Salahın “Liverpul”dakı gələcəyi nədən asılıdır?
“Liverpul” mövsümün sonunda Məhəmməd Salahı azad agent kimi itirə bilər.
32 yaşlı forvardın “qırmızılar”la müqaviləsi 2025-ci ilin iyunun sonunda başa çatacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Mersisayd klubu Salahı öz sıralarında saxlamaq niyyətindədir, misirli futbolçunun özü də qalmaq istəyir. Hər şey tərəflərin baza maaşı, bonus strukturu və müqavilənin müddəti barədə razılığa gəlib-gələ bilməyəcəyindən asılı olacaq.
Salah 2017-ci ilin yayından “Liverpul”un şərəfini qoruyur. Cari mövsümdə Arne Slotun komandasında bütün turnirlərdə 17 oyun keçirən hücumçu 10 qol vurub və 10 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin