Salahın “gümüş”ü tapıldı

Misir millisinin və “Liverpul”un futbolçusu Məhəmməd Salahın Qahirədəki evindən oğurlanan medal tapılıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, martın 2-də baş vermiş hadisədən sonra axtarışa başlayan Misir polisi iki soyğunçunun kimliyini müəyyən edib.

Polis təkcə Afrika Millətlər Kubokunda qazanılan gümüş medalı yox, oğurlanan bütün əşyaları geri qaytara bilib.

Salah növbəti həftə yenidən ölkəsinə səfər edəcək. O, Afrika Millətlər Kubokunun seçmə mərhələsində martın 24-də və 28-də Malavi ilə keçiriləcək oyunlarda yığmanın heyətində olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button