Salahın komanda yoldaşı olmaq istədiyi 3 futbolçu

“Liverpul”un vingeri Məhəmməd Salah eyni komandada oynamaq istədiyi üç futbolçunun adını açıqlayıb.

Komanda.az xəbər verir ki, misirli futbolçu siyahısına Kriştiano Ronaldo, Lionel Messi və Kevin De Bruyneni daxil edib.

31 yaşlı oyunçu cari mövsümdə 13 oyuna çıxıb, 10 qol vurub və 5 məhsuldar ötürmə edib. Salah 2017-ci ilin yayından “Liverpul”da çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilə qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button