
Avropanın 2 “nəhəng”i Salahın xidmətində maraqlıdır
“Liverpul”un hücumçusu Məhəmməd Salah cari mövsümün sonunda komandasını dəyişə bilər.
Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, misirli futbolçunun transferində Avropanın iki nəhəngi – PSJ və “Yuventus” maraqlıdır.
Salah 2017-ci ildən “Liverpul”da çıxış edir. Tərəflər arasındakı müqavilə gələn ilin yayında başa çatacaq.
32 yaşlı forvard Premyer Liqanın cari mövsümündə keçirdiyi 3 oyunda 3 qol vurub, 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin