Agenti Salah haqda yazılanlara aydınlıq gətirdi
“Liverpul”un hücumçusu Məhəmməd Salahla işləyən agent Abbas İssa futbolçunun gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, misirli forvardın agenti sosial şəbəkə hesabındakı paylaşımında Salahın gələcəyi ilə bağlı “daxili məlumatlar”a sahib olduqlarına eyham vuran jurnalistlərin hamısının heç nəyə əsaslanmayan bəyanatlar verdiklərini bildirib:
“Bildirmək istəyirəm ki, Salahın gələcəyi ilə bağlı “daxili məlumatlar”a sahib olduqlarına eyham vuran jurnalistlərin hamısı heç nəyə əsaslanmayan bəyanatlar verirlər, xəbərlər dərc edirlər. Sadəcə “bəyənilər” xatirinə. Mən bunu sizə demək üçün yazıram ki, onlar heç nə bilmirlər”.
32 yaşlı forvard İngiltərə klubunun heyətində 352 rəsmi oyun keçirib, 214 qol vurub və 92 məhsuldar ötürmə edib. Onun “Liverpul”la müqaviləsi 2025-ci ilin ortalarına qədərdir.
Bizi Facebook-da izləyin