Salahdan yeni rekord

“Liverpul”un vingeri Məhəmməd Salah daha bir rekorda imza atıb.

Komanda.az “Opta”-ya istinadən xəbər verir ki, misirli hücumçunun rekordu Avropa Liqasının qrup mərhələsində “Tuluza” ilə matçda qeydə alınıb.

5:1 hesabı ilə qalib gəldikləri oyunda son nöqtəni qoyan Salah Avropa klub yarışlarında İngiltərə komandalarının ən çox qol vuran oyunçusu olub. Buna qədər isə rekord “Arsenal”ın keçmiş fransalı hücumçusu Tyerri Anriyə məxsus idi. Onun aktivində 42 qol var.

Salah bu mövsüm “Liverpul”un heyətində bütün turnirlərdə 12 oyunda 9 qol vurub, 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button