Salahla De Bruyne eyni klubda çıxış edə bilər
İngiltərə Premyer Liqasının iki futbolçusu MLS-in eyni klubuna keçə bilər.
Komanda.az “TBR Football”-a istinadən xəbər verir ki, söhbət belçikalı yarımmüdafiəçi Kevin de Bruyne və misirli hücumçu Məhəmməd Salahdan gedir.
“San Dieqo” bu oyunçuları transfer etməkdə maraqlıdır. Klub gələn il MLS-də çıxış etməyi planlaşdırır. Ona görə də, rəhbərlik komandanın heyətini gücləndirmək istəyir. Səudiyyə Ərəbistanı çempionatının klubları Salah və De Bruynenin transferində amerikalılarla yarışacaq.
Hər iki futbolçunun klubları ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq. Salah “Liverpul”da, De Bruyne isə “Mançester Siti”də çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin