Sabiq futbolçu Salahın “Liverpul”la yeni müqavilə bağlayacağına inanmır

“Liverpul”un keçmiş futbolçusu Con Oldrik komandanın hücumçusu Məhəmməd Salahın gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Liverpool Echo”-ya istinadən xəbər verir ki, ingiltərəli sabiq hücumçu, Salahın klubla yeni müqavilə imzalayacağını düşünmür:

“Salahın “Liverpul”la yeni müqavilə imzalayacağını düşünmürəm. Onun hansı klubu seçəcəyini bilmirəm, amma azad agent kimi çox pula arxalana bilər. Hər şey düzəlsə, mən yalnız onun üçün xoşbəxt olacam. O, “Liverpul”a hər şeyini verdi”.

Misirli forvard 2017-ci ildən “Liverpul”un rənglərini qoruyur. 32 yaşlı futbolçu İngiltərə Premyer Liqasının cari mövsümündə 7 oyun keçirib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button