Salah Slot haqda: “Çox dürüst və sadə insandır”

İngiltərə çempionatının 34-cü turunun oyunları keçirilib və “Liverpul” “Tottenhem”i 5:1 hesabı ilə məğlub edib.

Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, misirli hücumçu Məhəmməd Salah bu matçda qol vurub və oyundan sonra komandanın baş məşqçisi Arne Slot haqqında fikirlərini bölüşüb:

“O, çox dürüst və sadə insandır. Niderlanddan olan insanlarla adətən çətin olur, ancaq onunla həyat əslində daha asanlaşır. Və mən burada – “Enfild”də titul qazandığımız üçün çox şadam”.

“Liverpul” çempionatın başa çatmasına 4 tur qalmış çempionluq titulunu təmin edib. Slot keçən ildən “qırmızılar”a rəhbərlik edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button