“Biz bunu davam etdirməliyik” – Salah

“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə çempionatının 3-cü turunda “Mançester Yunayted”lə oyunun nəticəsi barədə danışıb (3:0).

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, misirli futbolçu “Liverpul”un gözəl qələbə qazandığını bildirib:

“Liverpul” gözəl qələbə qazandı və biz bunu davam etdirməliyik. Komandada hər kəs nəticədən razıdır, biz sadəcə qələbə qazanmaq istəyirik. Komanda çempionluğu hədəfləyirsə, hər matçda qalib gəlməlidir. “Mançester Yunayted”lə oyun çox vacib idi, ona görə də, şadam ki, qalib gələ bildik”.

İngiltərə çempionatının üç turundan sonra “Liverpul” 9 xal toplayıb və turnir cədvəlində 2-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button