Salah bu gün “Əl-İttihad”da tibbi müayinədən keçə bilər

“Liverpul”un hücumçusu Məhəmməd Salah Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçə bilər.

Komanda.az “Okaz Sports”-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu misirli futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Bu gün futbolçunun tibbi müayinədən keçəcəyi gözlənilir.

Daha əvvəl bildirilmişdi ki, “Əl-İttihad” Salaha təxminən 76 milyon avro maaşla üç illik müqavilə təklif edib.

Salah 2017-ci ildən “qırmızılar”da çıxış edir. Futbolçunun İngiltərə klubu ilə müqaviləsi 2025-ci ilə qədər nəzərdə tutulub. O, bu mövsüm “Liverpul”un heyətində 3 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button