Ərəblər Salahdan əl çəkmək istəmirlər
“Liverpul”un vingeri Məhəmməd Salah Səudiyyə Ərəbistanı klublarının növbəti transfer pəncərəsi üçün əsas transfer hədəfidir.
Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, transferi tamamlamaq üçün Səudiyyə Ərəbistanı klubları “qırmızılar”a böyük məbləğdə təzminat və misirli futbolçuya yüksək maaş təklif etməyə hazırdırlar.
Salahın “Liverpul”la hazırkı müqaviləsi 2025-ci ilin sonunda başa çatacaq.
31 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 21 oyuna çıxıb, 15 qol vurub, 9 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin