Salah Səudiyyə Ərəbistanı klubuna keçməyəcək
“Liverpul”un hücumçusu Məhəmməd Salah Səudiyyə Ərəbistanı klubuna keçməyəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Əl-İttihad” misirli hücumçuya iki il üçün 180 milyon avro təklif edir və “Liverpul”a 60 milyon funt-sterlinq verməyə hazırdır.
Salahın agenti Rami Abbas bu transferin baş tutmayacağını bildirib:
“Bu il “Liverpul”dan ayrılmağı düşünsəydik, keçən yay müqaviləni yeniləməzdik. Salah “Liverpul”a sadiqdir”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin