
Salahdan yeni rekord
“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında növbəti qol rekorduna imza atıb.
Komanda.az “Squawka”-ya istinadən xəbər verir ki, misirli futbolçu Premyer Liqa tarixində bir mövsümdə 25 və ya daha çox qol vuran, həmçinin, 15 və ya daha çox məhsuldar ötürmə edən ilk oyunçu olub.
Salah dünən “Mançester Siti” ilə baş tutan və “qırmızılar”ın qələbəsi (2:0) ilə yekunlaşan matçda qol vurub və assistentlik edib. Onun aktivində indiki İngiltərə çempionatında 25 qol və 16 məhsuldar ötürmə var.
Arne Slotun komandasının Premyer Liqada hələ 11 matçı var. Salah son 10 ilin top Avropa çempionatlarında qol və ötürmə ilə oyunların sayına görə də rekorda imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin