Salah Qəzza əhalisi üçün pul ayırdı

“Liverpul”un vingeri Məhəmməd Salah Fələstinə dəstəyini nümayiş etdirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, misirli hücumçu ölkəsinin Qırmızı Aypara Cəmiyyətinin hesabına maliyyə vəsaiti ayırıb. Bu pullar İsarilin hücumuna məruz qalmış Qəzza əhalisi üçün xərclənəcək.

Salah maddi yardımdan əlavə, meydançada da Fələstin xalqına dəstəyini ifadə etməyi düşünür. 31 yaşlı futbolçu Premyer Liqa oyunlarında qol vurduqda və ya matç bitdikdən sonra Qəzzaya dəstək məqsədilə mesaj verəcək.

Oktyabrın 7-nə keçən gecə İsrail Qəzza zolağından raketlərlə atəşə tutulub. Bu hücumla Fələstin tərəfi hərbi əməliyyatların başladığını elan edib. Buna cavab olaraq İsrail hakimiyyəti də hərbi əməliyyata başlayıb və ehtiyatda olan hərbçilərin toplanacağını elan edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button