Salah PSJ-dən istifadə edir?

“Liverpul”un hücumçusu Məhəmməd Salahın gələcəyi qeyri-müəyyən olaraq qalır.

Misirli futbolçu 2025-ci ilin yayında azad agent ola bilər, çünki hazırkı müqaviləsi iyunda başa çatacaq. PSJ 32 yaşlı oyunçuya iddialılardan biri hesab olunur.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris klubu Salahın mümkün müqavilə imzalanması ilə bağlı məlumatları təkzib edir.

Fransalılar hesab edirlər ki, Salah “Liverpul”a təzyiq göstərmək üçün PSJ-yə mümkün keçidlə bağlı söhbətdən öz xeyrinə istifadə edir. Belə ki, misirli hücumçu Mersisayd klubundan əlverişli müqavilə şərtləri əldə etmək üçün adının parislilələ yanaşı hallanmasına çalışa bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button