Salah millinin düşərgəsini tərk edəcək
Misir millisinin kapitanı Məhəmməd Salah Afrika Millətlər Kubokunda aldığı zədəsini sağaltmaq üçün “Liverpul”un düşərgəsinə qayıdacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Yurgen Klopp bu barədə danışıb:
“Salahın “Liverpul”da bərpa prosesi keçəcəyi nəzərdə tutulub. Hazır olarsa, yəqin ki, Afrika Millətlər Kubokunda finalda çıxış etmək üçün yığmaya qayıdacaq”
Misir Futbol Assosiasiyası futbolçunun millinin düşərgəsini tərk edəcəyini təsdiqləyib.
Məhəmməd Salah Afrika Millətlər Kubokunun qrup mərhələsinin ikinci turunda Qanaya qarşı oyunda (2:2) belindən zədələnib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin