Salah “Liverpul”un yeni rekordçusu oldu

“Liverpul” İngiltərə Premyer Liqasının 33-cü turunda səfərdə “Sauthempton”u 3:1 hesabıyla məğlub edib.

Komanda.az xəbər verir ki, sözügedən qarşılaşmada “Liverpul”un hücumçusu Məhəmməd Salah yeni rekorda imza atıb. Komandasının 2-ci qolunu vuran misirli futbolçu Premyer Liqada 50-ci qoluna imza atıb.

Salah “Liverpul” formasıyla Premyer Liqada 50 qol vurmağı ən tez bacaran futbolçu ünvanını qazanıb. O, buna 69-cu oyununda nail olub. Salahdan əvvəl Premyer Liqada 50 qol səddinə ən tez çatan “Liverpul”lu Fernando Torres idi. İspan hücumçu 72-ci Premyer Liqa matçında 50-ci qoluna imza atmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button