Salah “Liverpul” rəhbərliyinə təzyiq göstərir

“Liverpul”un hücumçusu Məhəmməd Salah hələ də klubda qalmağa ümid edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ictimai açıqlamalara baxmayaraq, Salah hələ də müqaviləni uzatmağa və İngiltərə klubunda oynamağa üstünlük verir. Forvard öz sözləri ilə yalnız klubun rəhbərliyinə təzyiq göstərməyə çalışır.

Eyni zamanda, bu vəziyyəti misirli futbolçunun agentləri ilə artıq əlaqə quran PSJ nümayəndələri diqqətlə izləyirlər.

Salah son müsahibəsində gözlənilən gedişinə açıq eyham vurub. Onun klubla müqaviləsi bu il iyunun sonunda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button