
Yeni müqavilə ilə Salahın maaşı nə qədər olacaq?
Məhəmməd Salah “Liverpul”la 2027-ci ilin ortalarına qədər nəzərdə tutulan yeni müqavilə imzalayıb.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, yeni müqavilə ilə misirli forvardın maaşı ildə 20 milyon avro olacaq.
Yeni müqavilədə işin icrasına görə bonus ödənişləri də nəzərdə tutulur. O, 2017-ci ildən “Liverpul”da çıxış edir.
Salah ümumilikdə mersisaydlıların heyətində 394 oyun keçirib, 243 qol vurub və 111 məhsuldar ötürmə edib. O, İngiltərə çempionatının cari mövsümündə 27 qolla bombardirlər yarışına başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



