Salah “Liverpul”la razılığa gələ bilmir
“Liverpul” hücumçusu Məhəmməd Salahla hələ də müqavilənin uzadılması ilə bağlı razılığa gəlməyib.
Komanda.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb. Məlumatda bildirilir ki, misirli futbolçu hələlik yeni müqavilə imzalamayıb. Bu isə o deməkdir ki, o, yay transfer pəncərəsi dövründə “Liverpul”u tərk edə bilər. Klubun onunla gələn ilin yayında azad agent kimi ayrılmaqdansa, bu yay satması mümkündür.
Salahın “Liverpul”la müqaviləsi 2023-cü ildə başa çatır.
Misirli hüçumcu bu mövsüm 45 oyun keçirib, 30 qol vurub və 14 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin