Salah “Liverpul”la danışıqlar aparır

Məhəmməd Salah “Liverpul”la yeni müqavilə imzalamağa yaxındır.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, tərəflər fəal danışıqlar aparır və hər şey müsbət istiqamətdə irəliləyir.

Misirli hücumçunun mersisaydlılarla hazırkı müqaviləsi bu ilin iyun ayının sonunda başa çatacaq. Onun transfer dəyəri 55 milyon avrodur. O, yaxşı mövsüm keçirir və “qızıl top”a iddialılardan biri hesab olunur.

32 yaşlı Salah cari Premyer Liqa mövsümündə 27 oyun keçirib, 25 qol vurub və 16 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button