
Salah “Liverpul”la danışıqlara başlayıb
“Liverpul”un hücumçusu Məhəməd Salah klub rəhbərliyi ilə yeni müqavilə üçün danışıqlara başlayıb.
Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, misirli forvard hələ də komandaya töhfə verə biləcəyini hiss edir. Bu, həm də komandanın baş məşqçisi Arne Slotun tam etimadından irəli gəlir.
Salaha Səudiyyə Ərəbistanı çempionatının klublarından ciddi maraq var. Potensial alıcılar ona bir neçə illik müqavilə üçün 200 milyon avrodan çox təklif etməyə hazırdırlar.
32 yaşlı forvardın “Liverpul”la hazırkı müqaviləsi bu ilin yayında başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin